Xidmət Haqqında

“Yaşıl dam” sistemləri tətbiqi əsasən üç növ olur.

1.Ekstensiv “yaşıl dam” sistemləri.

Ekstensiv  “yaşıl dam” sistemləri incə torpaq örtüyünə malikdir. Sedum, yosun,ot, çim və az xidmət istəyən və ya heç xidmət tələb etməyən bitkilər əkilə bilər. Nisbətən yüngül sistem hesab olunur. Ekstensiv sistemlər su izolyasiya membran üzərində qoruma rolunu oynaya bilir və su süzülməsini azaldır. Sistemin yaxşı qalması və örtüyün pozulmaması üçün ildə iki dəfə (yaz və payızda) baxım edib gübrələmək lazımdır. İqlimə görə suvarma tətbiq olunmalıdır. Üzərində gəzmək məsləhət görülmür.

2.İnstensiv “yaşıl dam” sistemləri.

 İntensiv “yaşıl dam” sistemləri daha qalın torpaq qatına malikdir(15 sm-dən artıq). Bu sistem üzərinə ot, kol bitkiləri və kiçik ağaclar əkilə bilər. Bu sistemlər üçün bina damlarının əlavə gücləndirilməyə ehtiyacı vardır. Torpağın dərinliyi və sulama sisteminin növü əkiləcək bitkinin növünə görə seçilir. Bu növ sistemlərin üzərində gəzmək olar, hətta kiçik ağırlıqlı quraşdırmalar da tətbiq etmək mümkündür.

3. Qarışıq “yaşıl dam” sistemləri. Bu sistemlər İntensiv və Ekstensiv sistemlərin bir əraziyə birlikdə tətbiqindən ibarət olub, iki sistemin də xüsusiyyətlərini özündə cəmləyir.

  • İqtisadi faydaları:
  • Tikililərdə istifadə olunan yerləri artırır.
  • Binanın damında olan istilik və su izolyasiyasının ömrünü uzadır.
  • Binaların yayda sərin, qış aylarında isti qalmasına kömək edir.
  • Səs kirliliyini azaldır.
  • “Yaşıl dam” sistemləri yalnız möhtəşəm görünməklə göz oxşamır, eyni zamanda, yağış suyunu udur, istilik izolyasiyasını və enerji qənaətini təmin edir.
  • Gözəl mühit, sağlam həyat bəxş edir.
  •  Ekoloji faydaları:
  • Şəhər betonlaşmasının qarşısını alır.
  • Heyvanlar üçün sığınacaq rolunu oynayır.
  • Süzülmə yağış sularının anidən birləşməsinin qarşısını alır.
  • Quraq vaxtlarda havanın nəmlənməsinə səbəb olur.
  • Hava kirliliyinin azalmasına səbəb olur.
  • Havada olan aerozolları özünə çəkərək onu təmizləyir.
  • Olduğu mühiti oksigenlə zənginləşdirir.