Xidmət Haqqında

Müxtəlif səbəblərdən temperaturun dəyişməsi betonda əmələ gələcək genişləmə və daralma zamanı yaranan çatlama riskini aradan qaldırmaq məqsədi ilə beton tikililər beton bloklara ayrılır. Bu blokların birləşmə boşluqları temperatur şov profillərindən istifadə etməklə bağlanılır. Bu boşluqların yanğın əmələ gəldiyi zaman tikintinin həm çox zərər görməsinin, həm də yanğının daha geniş əraziyə yayılmasının qarşısını alır.

 Temperatur şov profillərin seçilməsi zamanı edilən səhvlər vaxt və iqtisadi cəhətdən bi sıra probləmlər əmələ gətirir. Bu problemlərin olmaması üçün aşağıda verilən suallara düzdün cavab tapmaq lazımdır.

Boşluğun eni nə qədərdir?

Hansı növ profil istifadə olunacaq?-döşəmə səth altı və ya səth üstü.

Döşəmədə  istifadə olunacaq səth örtüyünün növü və hündürlüyü nə qədər olacaq?

Üfiqi hərəkət qabiliyəti nə qədər olacaq?

Su və yanğın izolyasiyası olunacaqmı?

Hansı növ divar və döşəmə səth istifadə olunub?

İstifadə olunacaq temperatur şov profillərinin üzərindən ağır yük keçəcəkmi?

Seysmik həll tələb edən genişləmə boşluğu movcuddurmu?

Kimyəvi təsirə məruz qalacaqmı?


Temperatur şov profilləri istifadə yerlərinə görə müxtəlif ölçü və çeşidlərə ayrılır:

Döşəmə səth altı

Döşəmə səth üstü

Divar-Tavan səth altı

Divar-Tavan səth üstü

Qapaq temperatur şov profilləri

Xüsusi temperatur profilləri

Montalama və asma tavan sistemlərində temperatur şov profilləri