Xidmətlər Haqqında Ümumi Məlumat

Səs və küylərin əmələ gəlmə mənşələri fərqli olduğu kimi onun  həll yolları da fərqlidir. Səs izolyasiyası insan sağlamlığına neqativ təsirləri olan səs-küyün ən aşağı səviyyəyə endirilməsi üçün bina və iş yerlərində səsin təsirlərinin aradan qaldırılması üçün tətbiq edilən izolyasiya növüdür. Müasir dövrdə səs kirliliyinin yüksək səviyyəyə çıxması səs izolyasiyasına olan ehtiyacı da artırmışdır.

 Səs izolyasiyası ilə səs və küylərin zərərli təsirlərini aradan qaldırıb, səssiz və rahat mühit əldə etmək mümkündür. Bu, insanın həm fiziki, həm də ruhi sağlamlığının qorunmasındakı başlıca səbəblərdən biri hesab olunur. Çünki istənilməyən səs və küylər eşitmə pozğunluğundan əsəb xəstəliklərinə, yuxusuzluqdan qan təyziqinin dəyişməsinə və ürək xəstəliklərinə səbəb ola bilir. Bina və iş yerlərimizin səs izolyasiyası  xoşbəxt və sağlam bir həyat yaşamaq üçün lazım olan əsas vasitələrdəndir.

TƏTBİQ SAHƏLƏRİ:

  • Yaşayış binalarının səs izolyasiyasında
  • Səsyazma studiyalarının akustik izolyasiyasında
  • Teleradio məkanlarının səs izolyasiyasında
  • Konsert zallarının akustik izolyasiyasında
  • Ofis və digər iaşə obyeklərininin səs izolyasiyasında
  • Konfrans zallarının akustik izolyasiyasında
  • Kinoteatrların akustik izolyasiyasında
  • Şadlıq saraylarının akustik izolyasiyasında
  • Əyləncə məkanlarının səs izolyasiyasında
  • Generator və mühərriklərin səs izolyasiyasında 
  • Çağrı mərkəzlərinin səs izolyasiyasında