Xidmətlər Haqqında Ümumi Məlumat

Fayda və üstünlükləri:
Dizayn asan və səmərəlidir. Amerika və Avropa dizayn normalarında standart hesablama metodları mövcuddur. 
Fərqli fiziki tələblər üçün, fərqli kompozit vəsaitlərin istifadə imkanları vardır.
Paslanmır və maqnit sahəsi əmələ gətirmir
Tikililərdə mövcud proseslərə maneə törətmədən, istehsalatı dayandırmadan gücləndirməni tətbiq etmək mümkündür.
Tətbiq və istifadə asanlığı vardır.
Tətbiq zamanı mürəkkəb maşın və avadanlıqlar tələb etmir.
İstənilən növ səthə tətbiq edilə bilər
Baxım tələb etmir.
Betonun elastik yük  götürmə qabiliyətini artırır
Betonun xarici təsirdən əmələ gələn aşınmaları tamamilə dayandırır
İstifadə olunduğu yerə möhkəmlik verir və ovulmanın qarşısını alır
Betonda dinamik yükdən  əmələ gələn yorğunluğu azaldır
Elastikdir hər formada olan səthə tətbiq oluna bilir
Betonu dəlmədən epoksid yapışdırıcı ilə yapışdırılır
Polad lövhəyə nisbətən yüngüldür, lakin çəkmə dayanıqlığı ondan  5-10 qat daha çoxdur
Korroziyaya uğramır
Kimyəvi maddələrə qarşı dayanıqlıdır

Test laboratoriya nəticələri:

Bu test nəticəsində gücləndirmə materialı olan karbon polimer lif, beton nümunələr üzərində dayanıqlılıq göstəricisi laboratoriya şəraitində müqayisə edilərək test edilmişdir. Test etmək məqsədilə standartlara uyğun slindrik qəliblərdən istifadə edərək beton nümünələr hazırlanmışdır.
Bu beton nümunələr 3 yerə ayrılaraq 1-ci nümunələr karbon sarğısız (BCS0), 2-ci nümunə 1 qat karbon sarğı (BCS1), 3-cü nümunə isə 2 qat sarğı ilə (BCS2) sarılmışdır. Hər birinə eyni ağırlıqda güc tətbiq etməklə aşağıdakı nəticələr əldə edilmişdir.
BCS0- 37,7 MPa
BCS1-44,6 MPa
BCS2-56,7 MPa