Xidmətlər Haqqında Ümumi Məlumat

Müasir dövr inşaatında tikililəri su və başqa təsirlərdən qorumaq məqsədilə bir neçə növ injeksiya tətbiq edilir. Hazırda bunlardan ən çox istifadə olunanlar epoksid injeksiya və poliuretan injeksiyadır. Epoksid injeksiya sistemi, döşəmə örtük, divar və ya hər hansı səthdə epoksid məhsulu ilə çatlamaların, qırıqların və aşınmanın təmiri prosesində istifadə olunan sistemdir.

Tətbiq olunduğu yerlə bütünləşərək onun ömrünü uzadır. Betonun su keçirmə səviyyəsi minimuma enir. Aşağı sıxlığa malik olduğuna görə daha yaxşı diffuziya qabiliyyətinə malikdir. Yüksək yapışma xüsusiyyətinə malikdir. İstifadə olunduqdan sonra həcmi almır. Rütubətli səthə tətbiq oluna bilər. 

TƏTBİQ SAHƏLƏRİ:

• Bütün tikinti sahələrində neqativ su sızıntılarının qarşısının alınmasında

• Tunel və yeraltı keçidlərdə

• Beton su anbarlarında

• Tullantı su çənlərinin injeksiyasında

• Tikililərin soyuq dərzlərinin birləşmələrində

• Zirzəmi və yeraltı anbarlarda