Xidmət Haqqında

  Epoksit injeksiya sistemi, döşəmə örtük, divar və ya hər hansı səthdə epoksi məhsulu ilə çatlamaların, qırıqların və aşınmanın təmiri prosesində istifadə olunan sistemin adıdır. Bu sistem sayəsində bağlana bilməyən çatlar da bağlana bilir və beton strukturların təhlükəsizliyi təmin edilir. Bu sistem ən etibarlı sistem olub paslanmaz, elastik olmayan, genişlənməyən və boşalmayan xüsusiyyətə malikdir, çox sərfəlidir və daha qısa bir müddətdə bütün quraşdırma işlərində rahatlıqla istifadə edilə bilər.

Yüksək yapışma xüsusiyyətinə malikdir.

Yapışdığı səthdən çətinliklə qopur.

Təmir zamanı divarın dayanıqlılığı artır.

Tətbiq olunduğu yerlə bütünləşərək onun ömrünü uzadır.

Betonun su keçirmə səviyyəsi minimuma enir.

Tətbiq olunduqdan sonra qısa vaxt ərzində quruma prosesi başa çatır.

Tətbiq olunduğu səth kimyəvi dayanıqlılığa malik olur.

Ətraf mühit baxımından tərkibində zərərli maddə yoxdur.

Aşağı sıxlığa malik olduğuna görə daha yaxşı diffuziya qabiliyətinə malikdir.

İstifadə olunduqdan sonra həcmi azlamır.

Rütübətli səthə tətbiq oluna bilər.

Əsasən beton tikintilərinin çat və qırılmalarının aradan qaldırılmasında istifadə olunur