Xidmət Haqqında

 Montalama yaşayış binaları və digər sosial iaşə obyektlərinin müxtəlif növ materialların köməyi ilə tamamilə örtülməsinə verilən addır. Bu proses nəticəsində bina səthi və binada olan insanlar ilin fəsillərindan aslılı olaraq dəyişən temperaturdan mühafizə olunan mühit əldə edir.

Montalama iki növ olur:

  • 1. İç divar montalama
  • 2.Çöl divar montalama

Montalamanın faydaları:

  • Soyuq havalarda binanın isidilməsinə çəkilən xərclər 50 % azalır.
  • Divar səthində əmələ gələn fiziki aşınmanı azaldır, binanın istismar müddəti uzanır.
  • İsti aylarda binada daha yüksək temperaturun yaranmasının qarşısı alınır.
  • Nəmli regionlarda nəmlənmənin qarşısını alır.
  • Enerjiyə qənaət, dolayı yolla ekoloji tarazlığa səbəb olur.
  • Binada estetik görünüş əldə olunur.