Xidmət Haqqında

Terrazzo döşəmə, mərmər, kvars, qranit, şüşə və ya digər uyğun əlavəli  xüsusi sement və ya epoksid tərkibli döşəmə səthidir. 

Terrazzo sistemlərinin coxçeşidli rəng və bəzək azadlığı sayəsində memarlıq yaradıcılığı üçün istədiyiniz dizayn imkanları var. 

Hər cür səthlərə tətbiq oluna bilən çox yüksək fiziki və kimyəvi müqaviməti var. 

Uzunömürlü terrazzo örtükləri asan saxlanılması və estetik görünüşü ilə iqtisadi cəhətdən ən doğru seçimdir. 

Döşəmədə birləşmələr olmadığı üçün tətbiq olunan sahələrdə bütövlüyü təmin edir. 

Terrazzo döşəmə tətbiqini təşkil edən kimyəvi maddələr arasında uçuculuq qabiliyyətinə malik maddə yoxdur.

Mərmər təmizləyici qurğu ilə asanlıqla təmizlənir.

Səthin bütövlüyü sayəsində kiçik sahələrə genişlik verir.

Xüsusi yaşayış və sosial obyektlər kimi bir çox layihə üçün sərhədsiz dizayn və dekorasiya əldə oluna bilir.


TƏTBİQ SAHƏLƏRİ:

Hava limanlarında 

Xəstəxanalarda

Otel və sanatoriyalarda

Ticarət  mərkəzlərində

Sərgi salonlarında

Təhsil müəssisələrində

Restoranlarda

Stadionlarda