Xidmət Haqqında


 Dözümlülük: Yüksək aşınma və güclü zərbə təsirinə müqavimətlidir. Bir çox müəssisələrdə yüksək dərəcəli təzyiqlərə məruz qalan döşəmələrə tətbiq edilən Ucrete, 20-30 ildir  keyfiyyətli döşəmə örtüyü kimi uğurla istifadə olunur.

 Qoxusuzdur: Bu döşəmə örtüyü istehsalat sahəsi, bina və anbarlarda üzəri açıq şəraitdə qalan qida məhsullarının olduğu mühitdə  döşəmə səthlərində tətbiq oluna bilər.

 Tez tətbiqi və istismara verilməsi:  Hətta + 10 ° C-dən aşağı temperaturda, döşəndikdən 5 saat sonra istifadəyə verilə bilər. Təzə betonun üzərindən 7 günlük bir müddət keçdikdən sonra belə tətbiq oluna bilər.

 Yüksək temperatura qarşı müqaviməti:  -40 ° C-dən +150 ° C temperaturadək dözümlü olan dağılmaz bir döşəmə örtüyüdür.

 Gigiyena: Mikroorqanizmlərin böyüməsinə şərait yaratmır. Buna görə də yüksək gigiyena normalarına malikdir.

 Kimyəvi müqaviməti: Güclü turşu və qələvilər, qan, yağlar, müxtəlif kimyəvi həlledicilər bu döşəmə örtüyündən fərqli olaraq digər növ polimer örtükləri tez bir zamanda məhv edir.

 Təmizlik və təhlükəsizliyi: Sizin işçiləriniz və ətraf mühitin qorunması üçün 

 HACCP qida məhsullarına qarşı təhlükəsizlik sertifikatlarına malikdir.


TƏTBİQ SAHƏLƏRİ:

Ağır istehsalat sahələrində

Qida istehsalı müəssisələrində

Əczaçılıqda

İçki istehsalı zavodlarında

Kimya sənayesində 

Yüksək mexaniki güc və kimyəvi dayanıqlılıq tələb olunan sahələrdə

Gigiyenik, müntəzəm yuyulan səthlərdə