Xidmət Haqqında

 İnşaat mühəndisliyi sahəsində yaratdığı üstünlüklər sayəsində lifli betonun istifadəsi sürətlə artmaqdadır. Lifli beton sement, aqreqat qarışıq, su və fiberlərin qarışmasından əmələ gəlir.

 Betonun gücləndirilməsində istifadə olunan liflər müxtəlif tərkib və ölçülərə malikdir. Belə ki, polad, polimer, qələvilərə dayanıqlı süşə, mineral, makro sintetik və s. tərkibdə istifadə olunur. İnşaatda bu liflər arasında daha çox rəğbət görən növləri polad və makro sintetik liflər hesab olunur.

 Lifli betonların istifadəsində diqqət ediləcək ən əsas nüans ona əlavə ediləcək liflərin (təx. 1-1.5%) betonun içərisində homogen paylanmasını təmin etmək və beton qarışdırıldıqdan sonra da olduğu kimi qalmasını təmin etməkdir.

  • Büzülmə və daralma çatlarının olma ehtimalını azaldır.
  • Səthin aşınma dayanıqlılığını artırır.
  • Betonda əmələ gələ biləcək kapilyar çatların əmələ gəlməsinə mane olur.
  • Temperatur dəyişikliyinə qarşı betonun dözümlülüyünü artırır.
  • Səthin su süzmə funksiyasını azaldır.
  • Sıxlığı standart betondan daha çoxdur.
  • Kimyəvi tərkibi korroziyaya dayanıqlıdır.
  • Betonun çəkmə və qırılma dayanıqlılığını artırır.
  • Qələvilərə qarşı dayanıqlıdır.
  • Tətbiqi asandır.
  • İqtisadi cəhətdən sərfəlidir.
  • İnşaatda gedən betonlama işinin sürətini artırır.


TƏTBİQ SAHƏLƏRİ:

  • Sənaye səthlərin hazırlanmasında
  • Prefabriklərin istehsalında
  • Beton yol və kanalların çəkilməsində
  • Körpü və keçidlərdə
  • Püskürtmə beton tətbiqlərdə
  • Hava limanlarının uçuş zolaqlarında
  • Partlayış ehtimalı olan anbarlarda
  • Yanğına dayanıqlı beton əldə edilməsində
  • Hər növ pilləkənlərin hazırlanmasında
  • Beton boruların istehsalında
  • Hərbi obyektlərin tikintisində
  • Binaların özül və pərdə divar qatlarının hazırlanmasında