Xidmət Haqqında

 Dekorativ beton bir neçə komponentin qarışdırılmasından əldə olunan materialdır. Bu materialın tərkibi kiçik və ya böyük aqreqat, su, sement, rəng və vurulacaq yer və mühitə görə seçilmiş qatqı maddələrindən ibarət olur.

 Dekorativ betonun bir neçə tətbiq metodları mövcuddur. Bunların ən çox istifadə olunanları püskürtmə, şablon və damğalama metodlarıdır. Bəzi hallarda bu metodlar birlikdə də tətbiq oluna bilir.

 Dekorativ betonun hazırlanmasında ən çox diqqət ediləcək amil betonun keyfiyyət göstəricisidir. Əgər betonda keyfiyyət aşağı olarsa, tətbiq edəcəyimiz səth bizim istəklərimizə cavab verməyəcək. Bundan başqa, betona əlavə ediləcək maddələrin miqdarı, betonun altının hazırlanması, iş zamanı beton və mühitin temperaturunun göstəriciləri çox əhəmiyyətlidir.

ÜSTÜNLÜKLƏRİ:

  • Betona istənilən şəklin verilə bilməsi
  • Möhkəmdir. Temperatur dəyişikliyinə qarşı dözümlü olması
  • Alternativlərinə nisbətən ucuz başa gəlməsi
  • Zəngin rəng seçiminin olması
  • Hər hansı bir mühitdə kompleks görüntü vermək imkanının olması
  • TƏTBİQ SAHƏLƏRİ:
  • Park və xiyabanların yollarında
  • Şəxsi və digər tikililərin baxçalarında
  • Müxtəlif sütunların üzləmələrində
  • Süni göl və şəlalələrin düzəldilməsində
  • Binaların aşağı fasad işləmələrində
  • Tarixi məkanlarda
  • Əyləncə məkanlarında
  • Həyətyanı ərazilərin çöl divarlarında və pilləkənlərində
  • Park fəvvarələrinin tikintisində