Xidmət Haqqında

 Dekorativ suvaq ümumi istifadə olunan və xüsusi evlərin çöl divar tərəfdən çəkilən örtük materialdır. Bu suvağın tətbiq edilməsinin bir çox səbəbləri mövcuddur. 

  • Əsas səbəb estetik və gözə xoş gələn görüntü əldə etməkdir. 
  • Suya dayanıqlıdır.
  • Nəmin təsirindən material dəyişikliyə uğramır.
  • Güclü müqavimətə malikdir.
  • Temperatur dəyişikliyinə qarşı dayanıqlı istehsal edilir.
  • Buxar keçirici olması binanın nəfəs almasını təmin edir.
  • Binanın səs izolyasiyasının təsirini artırır.
  • Fərqli rəng və dekorasiya verilmək imkanları mövcuddur.
  • Yanğına dayanıqlıdır.
  • Tətbiqi asandır.
  • Ekoloji təmizdir.


 Dekorativ suvağın fərqli tərkib, rəng və naxışa malik bir çox növləri mövcuddur. Onların seçilməsinə təsir edən ən mühim amillər iqlim şəraiti və ətraf mühitlə harmoniyanın nəzərə alınmasıdır. Dekorativ suvaq növləri:


1. Silikatlı dekorativ suvaq-dayanıqlı, buxar keçirən və antistatikdir. Kalium və şüşə əsaslıdır.

2. Mineral dekorativ suvaq-dayanıqlı, ucuz və antibakterialdır.Sement və əmici material əsaslıdır.

3. Akril dekorativ suvaq-buxar keçiricidir. Materiala sintetik əlavələr daxil edilir.

4. Silikon dekorativ suvaq-əvvəlki növ suvaqların bütün xüsusiyyətlərini özündə birləşdirir. Qiymət baxımından digərlərindən daha baha başa gəlir.

5 Elastik dekorativ suvaq-yüksək elastik qabiliyətli olub, bina  səthi ilə  birlikdə hərəkət etdiyi üçün çatlama ehtimalı digər dekorativ suvaqlara nisbətən azdır.