Daş yunu nədir? 

Daş yunu, xammalı olan bazalt daşının 1350°C-1400°C temperaturda əridilib lif halına gətirilərək istehsal

olunmasından əldə olunur. İstifadə yeri və məqsədindən asılı olaraq müxtəlif ölçü, sıxlıq və texniki xüsusiyyətlərdə istehsal olunur.

  Aşağıdakı xüsusiyyətlərə malikdir: 

• Tikililərin ömrü boyu istilik və soyuğa qarşı izolyasiyasını təmin edir.

• Binaların isidilməsi və soyudulmasına sərf edilən enerji qənaəti təmin edilir (təx.30-60%).

• Günəş şüası təsir etmir və ölçülərində dəyişiklik baş vermir.

• Zaman keçdikcə ovulmur, çürümür, korroziyaya uğramır və paslanmır.

• Estetikdir, asan kəsilir və sürətli istifadə olunur.

• Fiziki xüsusiyyətlərini zaman keçdikcə itirmir.

• İstifadə olunma temperaturu -50°C ilə 650°C intervalında dəyişir.

• Məhsul nəmli mühitlərdə düz və sabit qalır.

• Böcəklər və mikroorqanizmlər tərəfindən təsirə məruz qalmır.

• Yanğın zamanı digər alternativlərindən fərqli olaraq zəhərli duman əmələ gətirmir.

• Daş yunu buxar keçirir, bu da nəmin divarlardan keçməsinə ve səthin çölünə çıxmasına imkan verir.

Bütün bu xüsusiyyətləri nəzərə alaraq onu deyə bilərik ki, daş yunu tikinti dostudur. 


Bununla yanaşı daş yunu tətbiq sahələrinə görə fərqli çeşiddə istehsal olunur. Tətbiq sahələrini bu tərzdə sıralaya bilərik. 

• Bütün tikililərin istilik izolyasiyası məqsədilə dam və fasadlarında

• Kino, teatr, klub, televiziya və radio binaları və s.-də akustik mühitin əldə olunmasında

• Bütün tikililərin yanğın izolyasiyası məqsədilə

• Xüsusilə, hava limanına yaxın yaşayış binalarının səs izolyasiyasında

• Kənd təsərrüfatında parniklərdəki bitkilərin əkildiyi çərçivələrin hazırlanmasında

• Metaləritmə zavodlarında, əritmə sobalarının izolyasiyasında

• Metal çöl qapıların tərkibində izolyasiya tənzimləyici kimi

• Bütün tikililərin səs izolyasiyası məqsədilə

• Yaşayış, idarə və ofis binalarının arakəsmələrində

• Dam örtüyü panellərinin istehsalında

• Boru və çənlərin istilik izolyasiyasında

Daş yunu istehsalı üzrə keyfiyyəti ilə seçilən Rockwool firmasıdır. İstehsal edilən bütün məhsullar beynəlxalq sertifkata malikdir. 

Ümid edirik, bu yazı daş yunu seçimlərinizdə sizə yardımçı olar.  

Dəyərli qalın!