Bugünlərdə aldığımız ən xoş xəbərlərdən biri də təhvil verdiyimiz layihələrin açılışıdır. Belə ki, həmin  layihələrdən olan ADA univeristetinin iki yeni korpusunun açılışı oldu.  

Nəzərinizə çatdıraq ki, "PRO CON izo" MMC  tərəfindən univerisitetin damında su və istilik izolyasiya işləri görülmüşdür. 

Açılış barədə:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.

ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib.

Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb.

Xeyirli və uğurlu olması diləyilə.. 








Layihədən görüntülər: