Haqqımızda

“PRO CON izo” şirkəti olaraq 2011-ci ildən bu günə kimi hər zaman müştəri məmnuniyyəti, keyfiyyətli xidmət, dürüstlük və səmimiyyət çərçivəsində fəaliyyət göstərmişik. Əsas hədəfimiz sizlərə daim artmaqda olan təcrübəmiz və etibarımızla xidmət etmək olmuşdur. Müasir tikililərin rahatlıq, təhlükəsizlik və estetik tələbatlarımıza tam cavab verə bilməsi üçün inşaatın bütün mərhələlərində izolyasiya sistemləri mühüm rol oynayır. Bu sistemlər isə yalnız yüksək texnologiya və etibarlı kimyəvi tərkibli maddələrlə uzunömürlü olur. 8 illik təcrübəmiz əsasında həm Azərbaycan, həm də regional tikinti sektorunun inşaat sistemlərində təcrübəli texniki və mühəndis heyətinin fəaliyyətilə birlikdə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim edirik. Geniş məhsul kateqoriyalarımızda su izolyasiyası məhsulları, dekorativ və sənaye tipli döşəmə örtükləri, istilik izolyasiyası və montalama sistemləri, temperatur tikişlər üçün həllər, beton qoruma və gücləndirmə sistemləri, beton qatqıları, akustik panellər, beton kəsim və deşimi kimi çeşidli məhsul qrupları vardır. Əməkdaşlıq etdiyimiz şirkətlərin dünya standartlarına cavab verən məhsulları hazırda bir çox ölkələrdə binaların uzunömürlülüyünü və insanların rahatlığını təmin etməkdədir.

signature
Elnur Şahbazov
PRO CON izo rəhbərliyi
PCM